AZERCELL abonentləri üçün hansı danışıq kartları mövcuddur?
Azercell SimSim abonentlərinin istifadəsinə 1 AZN, 2 AZN, 5 AZN, 10 AZN, 15 AZN, 20 AZN, 40 AZN manatlıq danışıq kartları təklif edir.
1 AZN danışıq kartında 200 kontur vardır. Bu nominallı kartı yükləyən abonent ən son kontur yüklənilən tarixdən etibarən: 7 gün (Açıq Xətt abonentləri 14 gün) ərzində balansındakı konturlar bitənə qədər zəngetmə, zəng qəbuletmə və SimSim xidmətlərindən istifadə etmək imkanı, balansdakı konturlar bitdikdən sonra, yalnız zəng qəbuletmə və 1001 xidmətinə zəngetmə imkanı vardır. 8-ci gün (Açıq Xətt abonentləri 15 gün) balansda kontur qalsa belə, yeni kontur yüklənilənədək xətt ikitərəfli bağlanılır. 180 gün ərzində əvvəlcədən istifadə edilməyən konturlar saxlanılır və sonrakı konturyükləmə zamanı qalan konturlar balansa əlavə edilir.
180 gündən sonra yeni kontur yüklənilməsə, balansdakı konturlar yanır və abonentlik ləğv edilir.
Digər nominallı kartların istidafə qaydaları eynidir. Kartlar yalnız kontur sayı, istifadə müddəti və abonentlik dövrünün uzunluğu ilə fərqlənirlər.
2 AZN: konturların sayı — 450, istifadə müddəti — 30 gün (Açıq Xətt abonentləri 60 gün), abonentlik dövrü — 180 gündür.
5 AZN: konturların sayı — 1300, istifadə müddəti — 60 gün (Açıq Xətt abonentləri 120 gün), abonentlik dövrü — 180 gündür.
10 AZN: konturların sayı — 3000, istifadə müddəti — 90 gün (Açıq Xətt abonentləri 180 gün), abonentlik dövrü — 180 gündür.
20 AZN: konturların sayı — 7000, istifadə müddəti — 180 gün (Açıq Xətt abonentləri 360 gün), abonentlik dövrü — 180 gündür.
40 AZN: konturların sayı — 14500, istifadə müddəti — 360 gün (Açıq Xətt abonentləri 720 gün), abonentlik dövrü — 180 gündür.
Abonent nömrəsinə 2 AZN, 5 AZN, 10 AZN, 20 AZN və ya 40 AZN dəyərində danışıq kartı yüklədikdən sonra, danışıq kartının müddətinin bitməsinə 30 gündən çox vaxt qaldıqda nömrəyə 1 AZN nominalında danışıq kartı yükləyərsə, 1-ci yüklənilən danışıq kartının müddəti davam edir.
SimSim danışıq kartlarının yüklənilmə müddəti məhdudiyyətsizdir. Abonent əldə edilmiş danışıq kartını istənilən zaman yükləyə bilər.
Abonent SimSim danışıq kartlarının yüklənilmə ilə bağlı hər hansı çətinliklə qarşılaşdıqda, əldə etdiyi kartla Azercell Müştəri Xidmətləri, "Smart Solution" Xidmət Mərkəzinə (Atatürk pr.2) və ya Azercell Ekspres ofislərinə müraciət edə bilər.
SimSim danışıq kartlarının yüklənilmə müddəti məhdudiyyətsizdir. Abonent əldə edilmiş danışıq kartını istənilən zaman yükləyə bilər.
Abonent SimSim danışıq kartlarının yüklənilmə ilə bağlı hər hansı çətinliklə qarşılaşdıqda, əldə etdiyi kartla Azercell Müştəri Xidmətləri, "Smart Solution" Xidmət Mərkəzinə (Atatürk pr.2) və ya Azercell Ekspres ofislərinə müraciət edə bilər.
DİQQƏT!!!
10.000 manatlıq/2 AZN danışıq kartı.
10.000 manatlıq/2 AZN danışıq kartında 360 kontur vardır.
10.000 manatlıq/2 AZN danışıq kartını yükləyən abonent ən son kontur yüklənilən tarixdən etibarən:
30 gün ərzində balansındakı konturlar bitənə qədər zəng etmə, zəng qəbul etmə və SimSim xidmətlərindən istifadə etmək imkani, balansdakı konturlar bitdikdən sonra, yalnız zəng qəbul etmə və 1001 xidmətinə zəng etmə imkani vardır.
31-ci gün balansda kontur qalsa belə, yeni kontur yüklənilənədək xətt iki tərəfli bağlanılır.
150 gün ərzində: əvvəlcədən istifadə edilməyən konturlar saxlanılır və sonrakı kontur yükləmə zamanı qalan konturlar balansa əlavə edilir.
150 gündən sonra yeni kontur yüklənilməsə, balansdakı konturlar yanır və abonentlik leğv edilir.
50 000 man./10 AZN danisiq kartında 2500 kontur vardır.
90 gün ərzində balansındakı konturlar bitənə qədər zəng etmə, zəng qəbul etmə və SimSim xidmətlərindən istifadə etmək imkani, balansdakı konturlar bitdikdən sonra, yalnız zəng qəbul etmə və 1001 xidmətinə zəng etmə imkani vardır.
91-ci gün balansda kontur qalsa belə, yeni kontur yüklənilənədək xətt iki tərəfli bağlanılır.
210 gün ərzində əvvəlcədən istifadə edilməyən konturlar saxlanılır və sonrakı kontur yükləmə zamanı qalan konturlar balansa əlavə edilir. 210 gündən sonra yeni kontur yüklənilməsə, balansdakı konturlar yanır və abonentlik leğv edilir.
100 000 manatlıq/20 AZN danisiq kartında 5500 kontur vardır.
180 gün ərzində balansındakı konturlar bitənə qədər zəng etmə, zəng qəbul etmə və SimSim xidmətlərindən istifadə etmək imkani, balansdakı konturlar bitdikdən sonra, yalnız zəng qəbul etmə və 1001 xidmətinə zəng etmə imkani vardır.
181-ci gün balansda kontur qalsa belə, yeni kontur yüklənilənədək xətt iki tərəfli bağlanılır.
300 gün ərzində əvvəlcədən istifadə edilməyən konturlar saxlanılır və sonrakı kontur yükləmə zamani qalan konturlar balansa əlavə edilir.
300 gündən sonra yeni kontur yüklənilməsə, balansdakı konturlar yanır və abonentlik leğv edilir.
200 000 manatlıq/40 AZN danisiq kartında 11500 kontur vardır.
360 gün ərzində balansındakı konturlar bitənə qədər zəng etmə, zəng qəbul etmə və SimSim xidmətlərindən istifadə etmək imkani, balansdakı konturlar bitdikdən sonra, yalnız zəng qəbul etmə və 1001 xidmətinə zəng etmə imkani vardır.
361-ci gün balansda kontur qalsa belə, yeni kontur yüklənilənədək xətt iki tərəfli bağlanılır.
480 gün ərzində əvvəlcədən istifadə edilməyən konturlar saxlanılır və sonrakı kontur yükləmə zamani qalan konturlar balansa əlavə edilir.
480 gündən sonra yeni kontur yüklənilməsə, balansdakı konturlar yanır və abonentlik leğv edilir.
Bu yaxınlarda keçirdiyi mətbuat konfransında "Azercell Telekom” Birgə Müəssisəsinin Baş Müdiri Halim Ateş 2007-ci ilin prioritetlərini açıqlayaraq şirkətin bu il ərzində müştərilərin ehtiyac və istəklərinə görə xidmət, tarif və məhsul təqdim edəcəyini bildirib. Bu bəyanatın ilk nəticəsi olaraq "Azercell Telekom” BM "SimSim”, "GəncSim” və "BizdənBizə” abonentləri üçün nominal satış qiyməti 5 (beş) manat (ƏDV daxil) dəyərində olan danışıq kartını istifadəyə verib. 1000 kontur həcmində olan yeni kart abonentlərə 180 gün (60 gün istifadə və 120 gün iki tərəfli açıq xətt) abonentlik müddəti imkanı verir.
Qeyd edək ki, hazırda 2, 5, 10, 20, 40 manat dəyərində olan danışıq kartları "SimSim”, "GəncSim” və "BizdənBizə” abonentlərinin istifadəsindədir. Qiyməti 5 manat dəyərində olan yeni yüklənmə kartları isə abonentlərə daha geniş seçim imkanı verir. Danışıq kartlarının dəyər üzrə çeşidinin artırılması hər bir abonentə öz alıcılıq qabiliyyətinə uygun addım atmağa şərait yaradır.
Bu isə bir daha göstərir ki, müxtəlif sosial təbəqəyə aid olan abonentlərinə həmişə eyni münasibət göstərən "Azercell Telekom” BM onların maddi imkanlarını da daim diqqət mərkəzində saxlayır.
Fəaliyyəti dövründə öz abonentlərini müxtəlif xidmət, kampaniya və yeniliklərlə sevindirən "Azercell Telekom” BM-i bu təşəbbüsü növbəti illərdə də davam etdirəcək. Şübhəsiz ki, həmişə olduğu kimi, bu dəfə də operatorun yeni məhsulu çoxmilyonlu "Azercell” ailə üzvləri arasında populyarlıqla qarşılanacaq.
Qeyd:
- Abonent nömrəsinə 50 000 man./10 AZN (100 000 man /20AZN, 200 000 man/40AZN) dəyərində danışıq kartı yüklədikdən sonra, danışıq kartın müddətinin bitməyinə 30 gündən çox vaxt qaldıqda nömrəyə 10 000 manatlıq danışıq kartı yükləyərsə, 1-ci yüklənilən danışıq kartın müddəti davam edir.
- SimSim danışıq kartlarının yüklənilmə müddəti məhdudiyyətsizdir. Abonent eldə edilmış danışıq kartını istenilən zaman yükləyə bilər.
- Abonent SimSim danışıq kartlarının yüklənilmə ilə bağlı hər hansı çətinliklə qarşılaşdıqda, əldə etdiyi kartla Müştəri Xidmətlərinin Ön Masa və ya Azercell Ekspress ofislərinə müraciət edə bilər.