AZERCELL MMM
Axtar
Təqvim
«  İyul 2025  »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Keçidlər
  • Sayt sahibi ol
  • Web-master
  • Proqramlar
  • Əyləncə dünyası
  • Runetin saytları
  • Kulinariya
  • Statistika

    Saytda olanlar: 1
    Qonaq: 1
    İstifadeçi: 0
    Hit Counter
    Şənbə, 12.07.2025, 09:45
    Xoş gəlmisən Гость | RSS
    Ana səhifə | Profilim | Giriş
    Data kart
    AZERCELL Datakart

    Azercell DataKart – laptopunuz vasitəsilə hər məkanda və hər məqamda İnternetə qoşulmanın çox sadə və etibarlı yoludur!

    Azercell DataKart dəstinə - 3G dəstəkli kompakt və yüksəksürətli USB, SİM-kart və İnternetdən güzəştli endirimlərlə istifadə etmək üçün xüsusi GPRS/EDGE tarifləri daxildir.

    DataKartı harada əldə etmək olar?

    DataKartı Azercell diler dükanlarına və Azercell Ekspres ofislərinə müraciət etməklə əldə etmək olar. Qiyməti – 59 AZN.

    Laptop və mobil telefonunuz üçün seçənəkləri aşağıdakı fayllardan əldə edə bilərsiniz.

    Xidmətə görə pulsuz istifadə üçün aylıq sabit ödəniş haqqı Aylıq sabit ödəniş haqqına daxil olan GPRS/EDGE istifadəsinin həcmi GPRS/EDGE əlavə istifadə həcminə görə ödəniş
    2 AZN 10 MB 0,20 AZN
    3 AZN 30 MB 0,10 AZN
    7 AZN 100 MB 0,07 AZN
    20 AZN 500 MB 0,04 AZN
    35 AZN 1000 MB 0,03 AZN
    50 AZN 5000 MB 0,01 AZN

    Qeydlər:

    • Bu xidmətdən yalnız Azercell Fakturalı Xətt abonentləri istifadə edə bilər.
    • DataKart istifadə zamanı gələn və gedən zənglər və MMS xidmətlərindən istifadə mümkün olmur.
    • DataKart xidmətlərindən birinə ilk qoşulan zaman həmin natamam faktura dövründə yalnız seçilən xidmət paketinin MB-a görə istifadə edilən məbləğ çıxılacaq. Sonrakı faktura dövründən başlayaraq tam aylıq xidmət paketi məbləğ ödəniləcək.
    • Endirimli tariflər ancaq ölkədaxilində tətbiq olunur. Ölkəxaricində istifadə olunan GPRS GRPS-rominq tariflərinə əsasən hesablanacaq.
    • Azercell DataKart tarif paketindən digər tarif paketlərə və ya əks istiqamətdə keçid ancaq cari hesab dövrü tamamlandıqdan sonra mümküdür. Tarif paketini dəyişmək üçün Müştəri xidmətlərinə müraciət edin.
    • PCMCIA və ya USB datakartı "phone lock" funksiyası ilə satılır.
    • Azercell DadaKart gələcəkdə tətbiq oluna biləcək 3G və digər yüksək sürətli İnternet texnologiyalarına uyğunlaşacaq şəkildə hazırlanmışdır.
    • 650 nömrəsi vasitəsilə tarif dəyişiklikləri etmək mümkün olmayacaqdır.
    • Azercell DataKart xidmətindən imtina etmək üçün tarif paket dəyişikliyi edilməli və data kartın istifadəsi dayandırılmalıdır.

    Azercell DataKart cihazlarının güzəştli şərtlərlə satışı!


    DataKart cihazlarını güzəştli şərtlərlə necə əldə etmək olar?

    Azercell Ekspres ofisinə yaxınlaşaraq "Azercell GSM Müqaviləsinə Data Kart cihazının güzəştli şərtlərlə satışına dair əlavə” formunu doldurursunuz.

    Əldə etdiyiniz DataKart cihazının müqabilində aşağıdakı ödəmə üsullarından birini seçirsiniz:

    • 12 ay ərzində 5 AZN məbləğində (ƏDV xaric) aylıq haqq ödəyirsiniz.
    • 500, 1000 və yaxud 5000 MB-lıq güzəştli GPRS paketlərindən birini seçirsiniz və 12 ay ərzində GPRS xidmətindən istifadə etmək şərti ilə DataKart cihazini pulsuz əldə edirsiniz.

    Hər ay ödəyəcəyiniz məbləğ, digər xidmət haqları ilə yanaşı müvafiq nömrəyə görə faktura dövrünün sonunda çıxan aylıq hesab fakturada öz əksini tapır və həmin fakturada öz əksini tapmış son ödəmə tarixinədək tərəfinizdən ödənilir.


    Copyright DNS GUBA computer`s ©  2010
    Бесплатный хостинг uCoz