AZERCELL MMM
Axtar
Təqvim
«  İyun 2025  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Keçidlər
  • Sayt sahibi ol
  • Web-master
  • Proqramlar
  • Əyləncə dünyası
  • Runetin saytları
  • Kulinariya
  • Statistika

    Saytda olanlar: 1
    Qonaq: 1
    İstifadeçi: 0
    Hit Counter
    Bazar ertəsi, 23.06.2025, 05:07
    Xoş gəlmisən Гость | RSS
    Ana səhifə | Profilim | Giriş
    Ana səhifə

     AZERCELL MMM MAĞAZALAR ŞƏBƏKƏSİ



     AZERCELL MMM Mağazalar Şəbəkəsi

          "AZERCELL TELEKOM" MMC 1996-cı ilin 19 yanvar tarixində təsis edilib. 1996-cı ilin 15 dekabr tarixindən etibarən isə abonentlərin istifadəsinə əla keyfiyyətli mobil rabitə xidməti təqdim etmişdir. Dünyada ən geniş yayılmış və ən populyar olar 900 və 1800 MHz tezliklərində xidmət göstərən Azercell, artıq neçə ildir ki, ən yüksək tələblərə cavab verən Global System for Mobile Communication (GSM) texnologiyası ilə Azərbaycan xalqının xidmətindədir.






     AZERCELL MMM Mağazalar Şəbəkəsinin xidmətləri

          Xidmətlərimiz müxtəlifdir. telefonların satışı, onlara lazım olacaq bütün növ aksessuarların və ehtiyat hissələrinin satışı, cihazların tam təminatlı təmiri, melodiyaların, şəkillərin, kliplərin telefona yazılması, telefon və smartfonlar üçün müxtəlif növ proqramların yüklənməsi bizim xidmət göstərdiyimiz sahələrə aiddir. Bütün növ yaddaş kartlarının satışı, format edilməsi, virusların təmizlənməsi, eytiyyatsızlıqdan itirilmiş və ya silinmiş fayllarınızın bərpası bizim xidmət rasionumuza daxildir.



     AZERCELL Datakart
          

           Azercell DataKart – laptopunuz vasitəsilə hər məkanda və hər məqamda İnternetə qoşulmanın çox sadə və etibarlı yoludur!

    Azercell DataKart dəstinə - 3G dəstəkli kompakt və yüksəksürətli USB, SİM-kart və İnternetdən güzəştli endirimlərlə istifadə etmək üçün xüsusi GPRS/EDGE tarifləri daxildir.

    DataKartı harada əldə etmək olar?

    DataKartı Azercell diler dükanlarına və Azercell Ekspres ofislərinə müraciət etməklə əldə etmək olar. Qiyməti – 59 AZN.

    Laptop və mobil telefonunuz üçün seçənəkləri aşağıdakı fayllardan əldə edə bilərsiniz.



     AZERCELL danışıq və ödəmə kartları


         Azercell SimSim abonentlərinin istifadəsinə 1 AZN, 2 AZN, 5 AZN, 10 AZN, 20 AZN, 40 AZN manatlıq danışıq kartları təklif edir.

    1 AZN danışıq kartında 200 kontur vardır. Bu nominallı kartı yükləyən abonent ən son kontur yüklənilən tarixdən etibarən: 7 gün (Açıq Xətt abonentləri 14 gün) ərzində balansındakı konturlar bitənə qədər zəngetmə, zəng qəbuletmə və SimSim xidmətlərindən istifadə etmək imkanı, balansdakı konturlar bitdikdən sonra, yalnız zəng qəbuletmə və 1001 xidmətinə zəngetmə imkanı vardır. 8-ci gün (Açıq Xətt abonentləri 15 gün) balansda kontur qalsa belə, yeni kontur yüklənilənədək xətt ikitərəfli bağlanılır. 180 gün ərzində əvvəlcədən istifadə edilməyən konturlar saxlanılır və sonrakı konturyükləmə zamanı qalan konturlar balansa əlavə edilir.



      Elanlar

          AZERCELL MMM mağazalar şəbəkəsində hər növ marka və modelli mobil telefonların sifarişi qəbul olunur.

    Və həmçinin Siz şəxsi mobil telefonunuzu satmaq istəyirsinizsə AZERCELL MMM mağazalar şəbəkəsinin rəsmi saytında Elanlar bölməsində öz elanınızı yerləşdirə bilərsiniz. Bunun üçün sayta daxil olub, qeydiyyatdan keçərək Elanlar bölməsinə daxil olun və Elan ver düyməsini sıxın.


      Kampaniyalar


        Azercell-dən nömrəsini telefona qaytaran SimSim abonentlərinə sürpriz!

    23 iyul tarixində balansınıza hədiyyə konturlar yükləniləcək! Bu haqda Siz bildiriş SMS-i alacaqsınız! Sadəcə xəttinizi aktivləşdirməklə hədiyyə konturlardan istifadə edə bilərsiniz! Hədiyyə konturların istifadə müddəti 30 gündür.


     Telefon aksessuarlarının satışı


         AZERCELL MMM mağazalar şəbəkəsi mobil telefon aksessuarlarının satışını da həyata keçirir.
    Aksessuarlar qiymət və keyfiyyət baxımından sərfəlidir. İstənil mobil telefon aksessuarlarının sifarişi qebul edilir.
    Satilan aksessuarlara zəmanət verilmir və geri qaytarılmır.              




                           

                                      
         
    Copyright DNS GUBA computer`s ©  2010
    Бесплатный хостинг uCoz